• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli oldu


 

Azərbaycanda avrokuboklara vəsiqə qazanan bütün komandalar bəlli oldu

 BAKI-XEBERTV.AZ

Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

"Report"un məlumatına görə, buna sonuncu - XXXVI turun ilk qarşılaşmalarından sonra aydınlıq gəlib.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və "Araz-Naxçıvan" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →