• 13:36 – Ukrayna Moskvaya 542 PUA ilə hücum etdi 
  • 13:29 – ESKİŞEHİR: TARİXİN QÜRURU, İNKİŞAFIN VƏ GƏLƏCƏYİN ŞƏHƏRİ 
  • 13:24 – Rus ordusu bu kəndi işğal etdi 
  • 21:40 – İsmayıllı rayonu 95 yaşında: Tarixin və turizmin qovuşduğu yurd 

Bakıda bu qəsəbəyə şəhər statusu verilə bilər



Bakıda bu qəsəbəyə şəhər statusu verilə bilər

BAKI-XEBERTV.AZ

Bakıda bu qəsəbəyə şəhər statusu verilə bilər

Yaxın dövrdə Hövsanda əhalinin sayının ən azı iki dəfə artacağı, hətta qəsəbəyə şəhər statusunun verilə biləcəyi ehtimal olunur.

Bunu "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əhalinin artması və ticarət əlaqələrinin genişlənməsi ərazidə yeni MİDA yaşayış binalarının inşasına, eləcə də daşınmaz əmlaka tələbatın yüksəlməsinə səbəb olacaq:

"Son on ildə Hövsanda torpaq sahələrinin qiyməti 4-5 dəfə artıb. Torpaq sahələrinin qiyməti əvvəllər 2-3 min olduğu halda, hazırda 10 minə çatıb. Bu, şəhərə yaxınlıq, infrastrukturun inkişafı və gələcək perspektivlər baxımından əhalinin Hövsana marağının artdığını göstərir. Hesab edirəm ki, beş ildən sonra Hövsanda torpağın qiyməti indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta bilər".

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →