• 20:08 – Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür - Hikmət Hacıyev 
  • 19:51 – Bakıda avtobuslardan istifadə - Rekord qeydə alındı 
  • 19:48 – Bakıda 1,5 milyona mənzil, 7 minə kirayə ev - Qiymətlər 
  • 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 

“Gunay Bank” 2021-ci ili uğurla başa vurdu

“Gunay Bank” 2021-ci ili uğurla başa vurdu

“Günay Bank” ASC-nin ictimailəşdirdiyi illik hesabatdan məlum olur ki, bank 2021-ci ili də əvvəlki illərin davamı olaraq uğurla başa vurub.

Belə ki, bank ötən il üzrə ümumilikdə 409.6 min manat mənfəət əldə edib. Bankın ümumi aktivləri isə 11 milyon 426.5 min və ya 5% artaraq, 256 milyon 469.4 min manata yüksəlib.

Kredit portfeli də eyni zamanda 10 milyon 388.6 min və ya 5% yüksələrək 203 milyon 489.2 min manata çatıb.

Qeyd olunan göstəricilərdən məlum olur ki, “Günay Bank” ASC dayanıqlı bankçılıq fəaliyyətini uğurla davam etdirir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →