• 19:55 – “DAHA 17” SERİALININ AKTRİSASI KAMA PEKERDƏN XEBERTV.AZ ÜÇÜN EKSKLÜZİV MÜSAHİBƏ 
  • 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:46 – Bakının bu bölgəsi su altında qaldı - Video 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 

“DAHA 17” SERİALININ AKTRİSASI KAMA PEKERDƏN XEBERTV.AZ ÜÇÜN EKSKLÜZİV MÜSAHİBƏ



“DAHA 17” SERİALININ AKTRİSASI KAMA PEKERDƏN XEBERTV.AZ ÜÇÜN EKSKLÜZİV MÜSAHİBƏ

– Kama xanım ilk növbədə, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

– Mən təşəkkür edirəm. Nə demək!

– “Daha 17” serialı Azərbaycanda böyük maraqla qarşılanır. Layihədən ilk təklif aldığınız zaman reaksiyanız necə oldu?

– Mən Çoban Yıldız Film Akademiyasından Yalçın Çobanla çox yaxın dostam. Məhz onun vasitəsilə hazırkı menecerlərim Yıldız Bor və Hamdi Borla tanış oldum. Onlar mənə zəng edərək Bodrumda serial çəkilişlərinin başlayacağını və layihədə iştirak etmək istəyib-istəmədiyimi soruşdular. Mən də məmnuniyyətlə razılaşdım.

İlk mərhələdə Şebnemin rəfiqəsi roluna dəvət olunmuşdum. Baş rolda isə bildiyiniz kimi, Azərbaycanın fəxri olan Nesrin Cavadzadə çəkilirdi. Sonradan mən də Nesrin obrazını canlandırmağa başladım.

Bu, tamaşaçılar tərəfindən çox sevilən və yüksək reytinq qazanan serialdır. Çəkilişlərimiz də olduqca maraqlı keçir. Həm özümüz, həm də xüsusilə gənc tamaşaçılar bu layihədən böyük həyəcan duyuruq. İnşallah, uğurumuz davamlı olar.

– Nesrin Cavadzadə kimi tanınmış sənətçilərlə eyni layihədə iştirak etmək, onlarla bir çəkiliş meydançasını bölüşmək necə hissdir? Çəkilişlərdən kənarda da dostluq münasibətləri yaranıbmı?

– Nesrin xanım çox təvazökar, gözəl xasiyyətli insandır. Mənim azərbaycanlı olduğumu bildikdən sonra mənə xüsusi səmimiyyət və doğmalıqla yanaşdı. Hələlik çox yaxın dostluğumuz olmasa da, çəkiliş meydançasında tez-tez görüşür, söhbətləşirik. Münasibətlərimiz çox yaxşıdır.

– Bəs digər aktyorlarla münasibətləriniz necədir? Çəkiliş meydançasının ab-havası necədir?

– Çox gözəl münasibətlərimiz var. Hamı ilə mehriban və səmimi ünsiyyət qurmuşuq. Çəkiliş meydançasında enerji də çox yüksəkdir. Əlbəttə, yorulduğumuz anlar olur. Bəzən səhər saat 8-də başlayan çəkilişlər gecə saat 3-də başa çatır. Amma bütün bu yorğunluğa dəyər. İstedadlı sənətçilərlə, xüsusilə teatr aktyorları ilə eyni layihədə çalışmaq və vaxt keçirmək həqiqətən möhtəşəmdir.

– Siz indiyədək müxtəlif layihələrdə rol almısınız. Yeni obraz təklifi aldığınız zaman həmin xarakteri dərindən araşdırır, onun bütün xüsusiyyətlərini öyrənməyə çalışırsınız? Bəzi aktyorlar rol seçimində olduqca tələbkar olur. Bəs sizin yanaşmanız necədir?

– Mən özünə güvənən insanam. Mənə hər hansı obraz həvalə olunursa, onun öhdəsindən gələcəyimə inanıram. Məsələn, Çeşmədə çəkildiyim bir filmdə italiyalı qadın obrazını canlandırmışam. Bütün dialoqlarım italyan dilində idi. Cəmi bir saat ərzində mətni əzbərlədim və obrazı uğurla ifa etdim. Özümə inandım, bacaracağımı dedim və bacardım.

– Əvvəllər Türkiyə seriallarının bölümləri 45-50 dəqiqə davam edirdi. İndi isə bu müddət iki saata qədər uzanıb. Təbii ki, bu, aktyorlardan böyük enerji və zəhmət tələb edir. Tamaşaçılar arasında da fərqli fikirlər var. Bəziləri iki saatlıq bölümləri dəstəkləyir, digərləri isə müddətin bir saat yarım olmasını daha məqsədəuyğun hesab edir. Bir aktrisa kimi sizin fikriniz necədir?

– Məncə, seriallar hər gün deyil, həftədə bir dəfə yayımlandığı üçün bir saat yarım və ya iki saatlıq olması normaldır. Tamaşaçı bir həftə ərzində növbəti bölümü səbirsizliklə gözləyir, hadisələrin necə inkişaf edəcəyi ilə maraqlanır. Buna görə də serialı izləyərkən həmin iki saatın belə uzanmasını istəyir. Mənim fikrimcə, həftədə bir dəfə yayımlanan seriallar üçün iki saatlıq müddət tamamilə normaldır.

– Çox gözəl müsahibə oldu. Səmimiyyətinizə, zərifliyinizə və enerjinizə görə sizə təşəkkür edirik. Bu gözəl enerjini bizə də ötürdünüz.
Müəllif: İsmayıl Zaman


Video linki: https://youtube.com/shorts/rPreGHUXLCc?si=442iWJVqgN3HZBy1

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →