• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Qurban Qurbanova qırmızı vərəqə göstərildi




 


İDMANQurban Qurbanova qırmızı vərəqə göstərildi25 Sentyabr 2023 21:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

XEBERTV.AZ -ın məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı "Qəbələ"nin 4 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.






publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →