
Türkiyənin sevilən serial aktyorları Bakıya gəlir!
XEBERTV.AZ saytının məlumatına görə 22 noyabr 2026-cı il tarixində Bakı Konqres Mərkəzində Türkiyənin tanınmış jurnalı “Moon Life”ın ənənəvi mükafat gecəsi keçiriləcək.
Möhtəşəm gecədə Türkiyənin sevilən serial aktyorları, tanınmış sənətçilər və mədəniyyət nümayəndələri iştirak edəcəklər.
Tədbir tanınmış aparıcı Ebru Akelin təqdimatında baş tutacaq. Gecənin fəxri qonaqları türk kinosunun əfsanəvi simaları Türkan Şoray və Ediz Hun olacaq.
Mükafatlandırma mərasimi
İrem Derici xüsusi konsert proqramı ilə yekunlaşacaq.
Azərbaycan və Türkiyənin sənət dünyasının tanınmış simalarını bir araya gətirəcək gecə iki qardaş ölkə arasında mədəni və sənət əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Moon Life mükafat gecəsinin Azərbaycandakı tərəfdaşı “YAZ Media Group”dur. Şirkət tədbirin Azərbaycanda təşkilati və media istiqamətində tərəfdaşlığını həyata keçirəcək.
Biletlər satışda!
Tədbirin biletlərini iticket.az platformasından, eləcə də şəhərimizin bütün kassalarından əldə edə bilərsiniz.
Türkiyənin ulduzlarının iştirak edəcəyi möhtəşəm gecəni qaçırmayın!