• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

“Bavariya” doğma meydanda “Borussiya”ya uduzdu - VİDEO

 

Almaniya Bundesliqasının 27-ci turunda “Bavariya” “Borussiya”nı qəbul edib.

XEBERTV.AZ  xəbər verir ki, Münhendəki “Allianz Arena”da baş tutan matç qonaqların qələbəsilə başa çatıb - 0:2.

Matçın 10-cu dəqiqəsində “Borussiya” önə keçib. Qolu qonaqların hücumçusu Kərim Adeyemi vurub. 83-cü dəqiqədə Dortmund klubunun müdafiəçisi Yulian Ruerson fərqi ikiyə çatdırıb.

89-cu dəqiqədə Harri Keyn “Bavariya”nın ilk qolunu vursa da, video təkrarı izlədikdən sonra qol ləğv edilib.

Hazırda “Bavariya” Bundesliqanın turnir cədvəlində ikinci yerdədir. Komanda 27 görüşdə 60 xal toplayıb. “Borussiya” isə 53 xalla dördüncü yerdədir. Almaniya çempionatının turnir cədvəlinə “Bayer” (73) başçılıq edir.





Oxu.Az 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →