• 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 
  • 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 12:04 – TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi 
  • 11:59 – Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO 

“Qarabağ” qələbə qazandı, “Neftçi” heç-heçə etdi

“Qarabağ” qələbə qazandı, “Neftçi” heç-heçə etdi

Futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın növbəti oyunu keçirilib.

Günün ilk oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

Günün son matçında isə “Neftçi” “Sabah” klubunu qəbul edib. “Bakcell Arena”da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels qoyub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →