• 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 
  • 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:50 – Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik” 

“Kəpəz” “Sumqayıt”ı məğlub etdi

kepez-sumqayiti-meglub-etdi



“Kəpəz” “Sumqayıt”ı məğlub etdi


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

XEBERTV.AZ “Qafqazinfo”-a istinadən xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynanılan matç Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın heyətində qolları 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5 dəqiqədə isə Rüfət Əhmədov vurublar. Meydan sahiblərindən isə İsa Suliman 80-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra Sumqayıt təmsilçisi 36 xalla 2-ci, “Kəpəz” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 2-də və 3-də keçiriləcək.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →