• 23:13 – Qonşuda dollar bahalaşdı, Azərbaycana da təsir edir 
  • 22:47 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı   
  • 22:41 – Mənə dedilər ki, ordumuzun Azərbaycana qarşı şansı yoxdur… 
  • 22:36 – “Sədərək” ticarət mərkəzini su basdı - Video 

Qərbi Azərbaycan Xronikası: Zəngəzur dəhlizi reallaşacaq


 


Qərbi Azərbaycan Xronikası: Zəngəzur dəhlizi reallaşacaq

Qərbi Azərbaycan Xronikası: Zəngəzur dəhlizi reallaşacaq

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

XEBERTV.AZ  “Report”-a istinadən  xəbər verir ki, “Qərbi Azərbaycan reallığı erməni ictimai rəyinə yerləşməyə başlayır” adlı süjetdə Qazaxın 4 kəndinin qaytarılması və sərhədin demarkasiyasının Tavuş istiqamətində başlanmasından sonra Ermənistanda “Qərbi Azərbaycan” mövzusu üzrə müzakirənin intensivləşdiyi bildirilir.

Qeyd olunur ki, bütün bunlar Qərbi Azərbaycan reallığının erməni ictimai rəyinə yerləşməyə başlamasından xəbər verir: “Xüsusilə II Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra onlar anlayırlar ki, azərbaycanlıların tarixi torpaqlarına qayıdışı qaçılmazdır və bununla razılaşmalı olacaqlar. Ermənistanda “Qərbi Azərbaycan” müzakirələrinin əsas səbəbi Qazaxın kəndlərinin qaytarılmasından sonra rəsmi Bakının hansı tələblər irəli sürməsi haqqında səslənən fikirlərdir. Əslində isə növbəti hədəfin Zəngəzur dəhlizinin açılması olduğu sirr deyil”.

Süjetdə bu il aprelin 23-də Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda çıxışı zamanı Zəngəzur dəhlizi məsələsi ilə bağlı konkret mövqe açıqladığı vurğulanır.

Diqqətə çatdırılır ki, həm sərhədin delimitasiyası üzrə razılığın əldə edilməsi, həm də kommunikasiyanın hansısa prinsiplərə uyğun açılması variantları Azərbaycan üçün məqbuldur və hər iki variantda dəhliz tələbi yerinə yetirilməlidir: “Bunu anlayan Qərb ölkələri artıq Azərbaycanın mövqeyini qəbul edirlər və əsas strategiya olaraq, Orta dəhlizin açılması seçilib. Bakı-İrəvan danışıqlarının növbəti raundunda ən aktual məsələ Zəngəzur dəhlizinin açılması olacaq. Ermənistanda hesab edirlər ki, bu dəhlizin reallaşması azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının da başlanğıcı olacaq”.

Erməni hüquqşünas Varazdat Arutyunyan, politoloq Beniamin Matevosyan və rusiyalı politoloq Boqdan Bezpalkonun fikrincə, baş nazir Nikol Paşinyanın gündə bir neçə dəfə “legitimlik” sözünü işlətməsi Azərbaycanın tələblərinin icrasının qaçılmaz olduğunu izah etmək məqsədi daşıyır: “Azərbaycanın növbəti hədəfi Sünikdən (Zəngəzir) dəhliz əldə etməkdir və Türkiyə də bu planı sona qədər dəstəkləyir”.

Sonda vurğulanır ki, baş verənlər bir xəbərin müjdəçisidir: “Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →