


BAKI-XEBERTV.AZ
Aleksandr Rıbak Tbilisidə konsert verdi
Norveçin məşhur müğənnisi və “Eurovision 2009” qalibi Aleksandr Rıbak 22 oktyabrda Tbilisidə Candlelight konserti ilə çıxış edib.
İfaçı sevilən mahnılarını şam işığında müşayiət olunan xüsusi atmosferdə səsləndirərək tamaşaçılara unudulmaz bir axşam yaşadıb.
Konsert Gürcüstan paytaxtının mərkəzində yerləşən zalda baş tutub və klassik musiqi ilə müasir pop janrının harmoniyasını birləşdirib. Rıbak “Fairytale”, “Roll with the Wind” və “Kotik” kimi hitlərini skripka ifası ilə təqdim edib.
Aradan səkkiz gün keçməsinə baxmayaraq, Candlelight konserti sosial şəbəkələrdə hələ də böyük maraqla müzakirə olunur. Tamaşaçılar ifaçının səmimiyyətini, canlı performansını və musiqi enerjisini yüksək qiymətləndiriblər.
Konsertin sonunda Aleksandr Rıbak pərəstişkarları ilə xüsusi “Meet & Greet” görüşündə iştirak edib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib. Sənətçi Tbilisi tamaşaçılarının isti qarşılanmasına görə təşəkkürünü bildirib və gələcəkdə yenidən Gürcüstana qayıtmaq arzusunu ifadə edib.
Konsert Xəbərtv.az tərəfindən xüsusi olaraq yayımlanıb.
Xüsusi müxbir: İsmayıl Zaman