• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub



Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub

Azərbaycanın ləyaqətli oğullarından söhbət düşəndə mayor, ərazi bütövlüyümüzün bərpası zamanı şəhid olmuş İlqar Verdiyevin də adı hörmətlə yad edilir.
İlqar 1975-ci il oktyabrın 31-də Bakı şəhərində doğulub. Natamam orta təhsili Bakının Nizami rayonundakı 129 nömrəli tam orta ümumtəhsil məktəbində başa vurub.General C.Naxçıvanski adına İbtidai Hərbi Liseyi və Ankara Kara Harb Okulunu bitirib. Təyinatla Bakıdakı hərbi hissələrdən birinə göndərilib. Az sonra xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hissəsində davam etdirib. Bir müddət Mətbuat Xidmətinin rəis əvəzi kimi fəaliyyət göstərib. 2008-ci ildə xidmətini cəbhə bölgələrindən birində davam etdirib. 2012-ci il iyunun 14-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn edilib. Ailəli idi, 3 övladı yadigar qalıb.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist Şamil Sabiroğlunun layihəsi əsasında və Müdafiə Nazirliyinin dəstəyilə mayor İ.Verdiyevin şərəfli ömür yolu haqqında "Andına sadiq oğul" adlı sənədli film hazırlanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nəcibə İlkin qəhrəman eloğlumuzun ömür yolu barədə kitab yazıb.
Noyabrın 11-də Bakıda fəaliyyət göstərən "Nizami" Kino Mərkəzində şəhid İlqar Verdiyevin 50 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbiri tanınmış jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi. İlqar bəyin anası tədbir iştirakçılarını salamladı. "Andına sadiq oğul" sənədli filmi nümayiş edildi.
Polkovnik Rəhman Əsgərov, Polkovnik İlqar Nəciyev, Polkovnik - leytenant Üzeyir Cəfərov, mayor Elşən Əliyev, mayor Muxtar Həşimov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, Rusiyanın Rostov vilayətində yaşayan sahibkar Leyla Əhmədova, şairə Lətifə Rəşid, şairə Nəcibə İlkin çıxış edərək İlqar Verdiyevin şərəfli ömür yolu barədə danışdılar. İlqar Verdiyevin ömür - gün yoldaşı Dilarə xanımın, övladları - Kamran, Orxan və Əminənin çıxışları "Nizami" Kino Mərkəzinə tolaşanları kövrəltdi.
İlqar Verdiyevin qardaşı qızı, Bakı məktəblisi Rəna Verdiyeva şəhid əmisinə həsr edilən şeir söylədi. İlqarın qardaşları Azər və Samir Verdiyevlər tədbirin keçirilməsinə dəstək göstərənlərin hər birinə Verdiyevlər ailəsi adından təşəkkür etdilər.

Şamil Sabiroğlu,
Lumu Zülfüqarova.

12 noyabr 2025-ci il


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →