• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

“İyrənc reytinq” - Xalq artisti sərt danışdı - VİDEO





“İyrənc reytinq” - Xalq artisti sərt danışdı - VİDEO

“Əsl sənətkarlar gücü işə verməlidirlər, reklama yox. Əgər sənətdə sən bazar fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır”.
Xebertv.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ATV-də yayımlanan “Afaqla onlar” verilişində söyləyib. Pop ulduz müsahibəsində bəzi müğənnilərə sərt iradını bildirib: “Hər yerə xərclənsən səndən nə qalar? Sənət pul qəbul etmir, sənət sənəti qəbul edir. Əsl sənətkar olmaq üçün dəyərə xidmət etməlisən. Sənətkar bilirsiniz kimdir? Heçnəyi fikirləşmədən dəlicəsinə işinə aşiq olandır. O sənətdən sənə ruzi gələcəksə gələcək”.

Sənətçi həmçinin bəzi müğənnilərin ucuz reklama qurban olduqlarını vurğulayıb: “Bir yerdə ki, bazar var orada sənət, keyfiyyət udulur. Bazar yaxşı reytinq, qazanc gətirə bilir. Nəticədə biz iyrənc reytinq qazanırıq. Beyinləri yuyan, zövqləri korlayan, insanlara qıcıq verən reytinqdir. Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Onlar kənarda durub, “efiri bəyənmirəm” deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki boş zaman itkisidir. Bunların hər biri gözəl olanda, mən də efirdə oluram”.
Video linki:https://m.youtube.com/watch?v=Jb4gaImAYfg&list=PLuMnxy5WNnSXbyK3uKJ1sTwj4mebI6qDb&index=1&pp=iAQB


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →