• 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 
  • 19:57 – Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI 
  • 19:51 – Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək 
  • 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 

Mark Eliyahu Heydər Əliyev Sarayında möhtəşəm konsert verdi


BAKI-XEBERTV.AZ

Mark Eliyahu Heydər Əliyev Sarayında möhtəşəm konsert verdi

Dünya şöhrətli musiqiçi Mark Eliyahu Bakıda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. EVENT OFFICE şirkətinin rəhbərliyi ilə təşkil olunan gecə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Səhnədəki çıxışı zamanı Mark Eliyahu Azərbaycanlı tarzən,müəllimi Ədalət Vəzirovla bağlı xatirələrini bölüşüb və onunla keçirdiyi illəri sevgi ilə xatırladığını deyib. Daha sonra musiqiçi atasına dərin təşəkkürünü bildirib, atasının həyatında və sənət yolunda böyük rol oynadığını vurğulayıb.

Gecənin ən təsirli anlarından biri Azərbaycanın əməkdar artisti Bəyimxanım Vəliyeva ilə Mark Eliyahunun səhnə paylaşımı olub. Onların birgə ifası zalda böyük alqışlarla qarşılanıb.

Tamaşaçılar Mark Eliyahunun ifasını uzun müddət ayaqüstə alqışlayaraq sənətçiyə sevgilərini ifadə ediblər.
Müəlliflər: İsmayıl Quliyev, Zeynəb Abbasova


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →