• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Röya Ayxan: “Bu 25 il həm mübarizə, həm də xoşbəxtliklə dolu bir həyat olub”



Röya Ayxan: “Bu 25 il həm mübarizə, həm də xoşbəxtliklə dolu bir həyat olub”

Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. 25 illik yaradıcılıq yubileyinə və Zəfər Gününə həsr olunan konsertdə sənətçi həm səhnə çıxışı, həm də səmimi açıqlamaları ilə tamaşaçıları təsirləndirib.

Konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandıran Röya Ayxan emosiyalarını bölüşüb:

“Bu gün nəsə həycanlandım. Hər dəfə səhnəyə çıxanda elə bil ilk dəfədir. Bu illər ərzində çox şey yaşamışam, amma hələ də bu hissi itirməmişəm. Biletlərin tez bitməsi məni həm sevindirdi, həm də kədərləndirdi – çünki çoxları gələ bilmədi.”

Sənətçi 25 illik sənət yolunu dəyərləndirərkən deyib:

“Bu illərdə həm çətin, həm xoşbəxt günlərim oldu. Amma tərəziyə qoyanda xoşbəxtliyim daha çoxdur. Mən anayam, dostam, ailəmin dayağıyam. Özümə təşəkkür edirəm ki, bu sənəti sevirəm və bu sevgini yaşada bilmişəm.”

Röya Ayxan atasından da danışıb və duyğusal anlar yaşanıb:

“Atam hər zaman yanımda olub, indi də ruhu ilə mənimlədir. O, məni tək buraxmadı, nənə elədi, getdi. Mənim üçün o, heç vaxt getməyəcək. Mən onun sevgisini hər zaman hiss edirəm.”

Müsahibə zamanı XeberTV.az müxbiri Röya Ayxana dünya turu planları və gənc müğənnilərə tövsiyələri barədə suallar ünvanlayıb. Sənətçi bildirib ki, dünya turu hələ plan mərhələsindədir:

“Dünya turu arzularımdan biridir. Amma belə bir layihə ciddi hazırlıq, böyük səhnələr və azərbaycanlıların dəstəyi ilə mümkündür. Mən restoranlarda deyil, böyük zallarda konsert vermək istəyirəm. Hər şey mükəmməl olanda bu arzunu reallaşdıracam.”

Röya həmçinin gənc ifaçılara da tövsiyələr verib:

“Yeni başlayan müğənnilərə bir sözüm var – heç vaxt küsməyin. Bu sənət mübarizə tələb edir. Küsməyin, qorxmayın, üstünə gedin. Həyat döyüşdür, döyün həyatı!”

Müsahibə zamanı sənətçi konsertdə gündəm olan “futbola baxan azarkeş” hadisəsindən də danışıb və həmin şəxslə görüntülü əlaqə yaradıb. Röya Ayxan söhbət zamanı gülümsəyərək deyib:

“Hamı elə bildi ki, onu döymüşəm, amma bu sadəcə zarafat idi. Hər şey pozitiv idi, oğlan da bunu çox gözəl qarşıladı.”

Sosial şəbəkələrdə yayılan həmin görüntülərdə Röya və azarkeşin mehriban söhbəti diqqət çəkib.

Konsertin sonunda Röya Ayxan tamaşaçılara təşəkkür edib:

“Həm qələbə, həm də sizin varlığınız musiqimizin qələbəsidir. Bu sevgini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram.”
Xəbərin linki: 


https://m.youtube.com/watch?v=mVaXlp_rPP0&t=5s

Müəllif: İsmayıl Zaman

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →