• 21:17 – Ukraynada televiziya qülləsi VURULDU 
  • 21:02 – Ukraynada hərbi vəziyyət 3 ay uzadıldı 
  • 20:56 – Mark Eliyahu Heydər Əliyev Sarayında möhtəşəm konsert verdi 
  • 20:52 – Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olundu 

Adullazadə Fatimə Cavad qızı – Azərbaycan Kikboksinqində yeni qürur səhifəsi



BAKI-XEBERTV.AZ

Adullazadə Fatimə Cavad qızı – Azərbaycan Kikboksinqində yeni qürur səhifəsi

Azərbaycan idmanının uğurlu gəncləri sırasında adını qızıl hərflərlə yazdıran Adullazadə Fatimə Cavad qızı, 14 yanvar 2014-cü il təvəllüdlü gənc idmançımız, 47+ kq çəki dərəcəsində keçirilən 29-cu Azərbaycan Çempionatında inamla çıxış edərək çempion adına layiq görülüb.

Fatimənin bu nailiyyəti, gənc nəsil arasında idmana olan marağın, nizam-intizamın və zəhmətin bariz nümunəsidir. Onun qazandığı bu qələbə, Azərbaycan Kikboksinq Federasiyasının illərdir həyata keçirdiyi gənclərin düzgün istiqamətləndirilməsi və peşəkar hazırlıq proqramlarının səmərəsini bir daha göstərdi.

Azərbaycan Kikboksinq Federasiyasının Fəxri prezdenti Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, gənc idmançımızı bu uğuru münasibətilə təbrik edərək qeyd edib:

“Fatimə kimi gənclər bizim gələcəyimizdir. Onların qazandıqları hər bir uğur, Azərbaycan idmanının parlaq gələcəyinin göstəricisidir. Federasiya olaraq biz daim belə istedadlı idmançılara dəstək göstərməyə və onların inkişafı üçün bütün şəraiti yaratmağa hazırıq.”

Adullazadə Fatimənin bu qələbəsi təkcə fərdi zəfər deyil, həm də Azərbaycan kikboksinqinin beynəlxalq arenada gücünü və potensialını nümayiş etdirən mühüm bir göstəricidir.

???????? Güc yaşda deyil, ruhdadır



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →