Əlif, terrorçulara qarşı çox amansız idiAzərbaycanın ləyaqətli, qorxmaz və vətənpərvər oğullarından söhbətdüşəndə Əlif Hacıyevin də adı hörmətlə çəkilir. Əlif Lətif oğlu Hacıyev1953-cü il iyun ayının 24-də Qarabağın dilbər guşələrindən olan Xocalıdadoğulub. O, uşaq yaşlarından zəhmətə alışmışdı. 1970-ci ildə orta məktəbibitirmiş, Xankəndi şəhərindəki peşə məktəblərindən birində sürücülükpeşəsinə yiyələnmişdi. 1971-1973-cü illərdə keçmiş Sovet Ordususıralarında həqiqi hərbi xidmətdə olmuşdur. O, 1976-cı ildə SSRİ DİNFrunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuş, 1979-cu ildə butəhsil ocağını bitirmişdir. 1981-ci ildə təhsilini SSRİ DİN-in Milis (Polis)Akademiyasında davam etdirmişdir. O, Dağlıq Qarabağda milis(polis)əməkdaşı olaraq işlədiyi zaman erməni terrorçularına və onlarınhavadarlarına qarşı çox amansız idi. Buna görə saxta ittihamlarlaƏ.Hacıyevi həbs etdilər. Cəsur insan 10 il müddətinə azadlıqdan məhrumedildi.1987-ci ildə Ə.Hacıyevin cəzasına baxıldı.Onun cəzası 10 ildən 6 iləendirildi. Daha sonra isə bəraət aldı və azadlığa çıxdı. 1990-cı ildəAzərbaycan Respublikası DİN Rəhbərliyi tərəfindən o, polis orqanlarınabərpa edildi. Əlif bəy Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinə rəistəyin edildi. 1991-ci ildə nümunəvi xidmətlərə görə növbədənkənar mayorrütbəsi aldı.Həqiqətən də bu insanın gözündə qorxu yox idi. Çalışırdı ki, ən çətinəməliyyatlarda özü iştirak etsin.1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı soyqırımı baş verəndəcəsur komandir Ə.Hacıyev iş başında idi.Düşmən tərəf öz din qardaşlarınınköməyilə hər tərəfdən Xocalıya doğru hücuma keçmişdilər. Əlif bəyrəhbərlik etdiyi dəstə ilə səhər saat 5-ə kimi erməni terrorçularına qarşımübarizə apardı. O, silahdaşları Tofiq Hüseynov, Aqil Quliyev, FüzuliRüstəmov, Araz Səlimov və digər şəxslərlə birlikdə dinc əhalinin Ağdamistiqamətinə çatdırılması üçün var qüvvəsilə çalışırdı. Avtomatınqundağında güllələr qurtarmışdı. Onu dəyişən zaman qəfildən açılan atəşnəticəsində şəhid oldu. Düşmən tərəf Ə.Hacıyevin meyidini tapana və yaonu sağ ələ keçirənə pul mükafatı verəcəyini bildirmişdi. İgid oğullarımızınsayəsində həm Əlif Hacıyev, həm də, Tofiq Hüseynov, Aqil Quliyev, FüzuliRüstəmov ...kimi qəhrəman oğulların meyidləri savaş meydanındançıxarıldı. Dövlət Başçısının Fərmanı ilə onların hər birinə Azərbaycanın MilliQəhrəmanı adı verildi. Əlif Hacıyev ailəli idi, iki övladı yadigar qalıb: Zərinəvə İradə.Ailəsi hazırda Bakıda yaşayır. Bakının Nizami rayonundakıküçələrdən birinə Əlif Hacıyevin adı verilib.Ruhu şad, məkanı Cənnət olsun. Amin.
Şamil Sabiroğlu, jurnalist.