• 21:11 – Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? 
  • 20:59 – Köçəryanın işi üzrə istintaq bərpa edilir 
  • 20:56 – Maaş 165 min manatdır, amma işçi tapılmır 
  • 21:40 – Yayılan xəbərlər ukraynalıları HƏRƏKƏTƏ GƏTİRDİ: "İrana zərbə endirin" 

Dəyərli seçicilər, qazi Nasir Məlikov arzuladığınız namizəddir!


 

BAKI-XEBERTV.AZ


Dəyərli seçicilər, qazi Nasir Məlikov arzuladığınız namizəddir!
Nasir Nazim oğlu Məlikov 1972-ci il avqustun 3-də Şirvan şəhərində (keçmiş Əli Bayramlı) fəhlə ailəsində doğulub. 1979-cu ildə Şirvan şəhər Bayramlı qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub.1986-1989-cu illərdə General C.Naxçıvanski adına İbtidai Hərbi Liseydə təhsil alıb. 1989-1992-ci illərdə Rusiya Federasiyasında yerləşən Ali Hərbi Komandirlər Məktəbində təhsil alıb.Xocalı soyqırımından dərhal sonra raport yazaraq Azərbaycana qayıdıb, təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirib. 1992-ci ilin yayında təhsili başa vurub.AR Müdafiə Nazirinin əmrinə əsasən o, ön cəbhədəki hərbi hissələrdən birində xidmətə başlayıb. Nasir Məlikov Laçın, Qubadlı və Ağdam rayonunun müdafiəsində taqım komandiri olaraq iştirak edib. Ağır döyüşlərdən birində yaralanıb və ehtiyata buraxılıb.
N.Məlikov 2000-2002-ci illərdə AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. 2002-2005-ci illərdə Müdafiə Nazirliyinin tabeçiliyindəki "N" saylı hərbi hissədə Komandirin müavini vəzifəsində xidmət edib.
2020-ci il sentyabrın 27-i II Vətən savaşı başlanarkən Nasir Məlikov könüllü olaraq xidmət etmək üçün yuxarı Komandanlığa müraciət etdi.O, cəbhə bölgəsindəki "N" saylı hərbi hissədə Tabor komandiri vəzifəsinə təyin edildi.Füzuli və Xocavənd rayonlarının düşmən tapdağından azad olunmasında iştirak edən istedadlı hərbçi Nasir Məlikov ağır döyüşlərdən birində növbəti dəfə yaralandı. II Vətən savaşı Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı.
Nasir Məlikov ehtiyatda olan mayordur. O, müharibə veteranı və qazi olaraq mütəmadi olaraq təhsil müəssisələrində təşkil edilən tədbirlərdə iştirak edir. N.Məlikov Dövlət Başçısı cənab İlham Əliyev və Müdafiə Naziri Zakir Həsənovun imzaladıqları sərəncamlara əsasən müxtəlif dövlət mükafatlarına layiq görülüb. Ailəlidir, 4 övladı, 2 nəvəsi var.
Məlum olduğu kimi, 2024-cü il sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günüdür. Namizədliyi 51 saylı Şirvan Seçki Dairəsində təsdiqlənmiş Nasir Məlikov seçicilərlə görüşləri davam etdirir.
Dəyərli seçicilər, xahiş edirəm, 51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd, qazi Nasir Məlikova səs verin. Əmin olun ki, Nasir bəy ləyaqətli, işgüzar və vətənpərvər insandır.
Şamil Sabiroğlu,
Əvəz Almədətov.
28.08.2024.
 
Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →