• 09:36 – Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir? 
  • 09:28 – Putinin hesablamaları iflasa uğrayıb - Mur 
  • 09:25 – DÇ-2026: ABŞ Paraqvayı darmadağın etdi 
  • 13:11 – SEPAH-ın kazarmalarını  ABŞ tərəfindən  vurdu 

Simon Kapadze: “Fransanın Gürcüstan üzərindən Ermənistana silah göndərməsi sadəcə biabırçılıqdır”





“Fransanın Gürcüstan üzərindən Ermənistana silah göndərməsi sadəcə biabırçılıqdır. Mən bu addımı Gürcüstandan gözləməzdim”.

Bu fikirləri “Report”a politoloq Simon Kapadze bildirib.

S.Kapadze deyib ki, Gürcüstan hakimiyyətinin bu addımı gözlənilməz olub:

“Bu addımın arxasında nəyin dayandığını bilmirəm. Niyə məhz indi? Gürcüstanın sülh müqaviləsinin imzalanması üçün çalışdığı zamanda bunun baş verməsi ağlasızmazdır”.

Politoloqun sözlərinə görə, Gürcüstanın Azərbaycanla yaxın əlaqələrini sual altına qoymaq sadəcə ağılsızlıqdır:

“Gürcüstan tərəfinin lehinə hansısa söz demək, onun tərəfini tutmaq mənasız olar. Gürcüstan vətəndaşı olaraq mən sadəcə Azərbaycandan üzr istəyə bilərəm”.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →