• 01:48 – Sumqayıtda avtobusda ölüm hadisəsi oldu 
  • 01:42 – Rusiyada miqrantları vəhşicəsinə döyüb, güllələdilər 
  • 01:27 – "Dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğı daima diqqət mərkəzindədir" 
  • 19:59 – ABŞ-ın strateji neft ehtiyatları kəskin şəkildə azaldı 

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Dekabrın 21-də Türkiyədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →