• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

İstedadlı və vətənpərvər tibb işçiləri ilə qürur duyuruq!



BAKI-XEBERTV.AZ 

İstedadlı və vətənpərvər tibb işçiləri ilə qürur duyuruq!

İstedadlı həkim - anestezioloq və reanimatoloq Cavid Paşayevlə məni Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının Professoru, Tibb elmləri doktoru, Əməkdar müəllim, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Ağsaqqallar Şurasının sədri Mübariz Allahverdiyev tanış edib. O zaman COVİD - 19 həm Ölkəmizdə, həm də onun hüdudlarından kənarda tüğyan edirdi. Cavid Paşayev kimi yüzlərlə istedadlı həkim və ya tibb işçisi bu xəstəlikdən əziyyət çəkənlərin şəfa tapmaları üçün var qüvvələri ilə çalışırdılar. 2 ay öncə eşitdim ki, C.Paşayev Sabunçu Tibb Mərkəzinə direktor təyin olunub. Bu təyinata görə sevindim: çünki, müalicə olunmaq üçün xəstəxanalara müraciət edənləri diqqətlə dinləmək, düzgün müayinə və müalicə etmək vacib şərtlərdəndir. İş elə gətirdi ki, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan yaxın qohumumun müalicəsi üçün doktor C.Paşayevə müraciət edəsi olduq. Cavid həkim həmin xəstənin yerləşdirilməsi və müalicəsi üçün Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasının baş həkim Solmaz Məmmədovaya tapşırıq verdi. Xəstəni Yoluxucu Xəstəliklər şöbəsindəki palatalardan birində yerləşdirdilər. Dəqiq müayinə və müalicə nəticəsində xəstənin səhhətində yaxşılığa doğru əlamətlər hiss olundu.
Hazırda I dərəcəli əlil olan, həm də xroniki böyrək çatışmazlığına görə həftədə 3 dəfə dializ olunan xəstə Sərdar Rüstəmovun səhhəti normaldır və o, Məhəmmədi Modul Tipli xəstəxanasında müalicəni uğurla davam etdirir. Buna görə də biz, Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev, direktor müavini Sevinc Həsənzadə, Sabunçu TM Hemodializ şöbəsinin həkimi Ramin Yarmetov, Sabunçu TM-in Terapiya şöbəsinin müdiri Orxan Hacıyev, Məhəmmədi Modul Tipli xəstəxanasının baş həkimi Solmaz Məmmədova, bu xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri İsmayıl İsmayılov, həkim - infeksionist Sima İsmayılova, baş tibb bacısı Sevil Nəsirova, Yoluxucu Xəstəliklər şöbəsinin Böyük tibb bacısı Sevda Quliyeva, tibb bacıları - Səbinə Rəsulova, Ülkər Əliyeva, Aidə Abbasbəyli, Gülnaz Məmmədova, Vəfa Müzəffərova, sanitar qadınlar - Sevinc Məmmədova və Aybəniz Qasımovaya Sərdar Rüstəmovun ailə üzvləri adından təşəkkür edirik.
Allah canınızı salamat, işlərinizi avand eləsin, dəyərli tibb işçiləri!
Sizin kimi istedadlı və vətənpərvər tibb işçiləri ilə qürur duyuruq!

Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist.
Bakı, 30.08.2026.

Reytinq: 
  • Нравится
  • 2
Son xəbərlər
bütün xəbərlər →