• 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 
  • 22:25 – Ərdoğandan MESAJ: "Güclü və qüdrətli Türkiyənin şəfəqi artıq doğub" 
  • 22:22 – Erməni əsgər evində asılmış vəziyyətdə tapıldı 

Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək




Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə səfərdə olacaq.

XEBERTV.AZ  xəbər verir ki, Putin avqustun 31-də Çin lideri Si Cinpinlə görüşəcək. Tərəflər ikitərəfli əməkdaşlığı və beynəlxalq gündəmdəki məsələləri müzakirə edəcəklər. Həmin gün Putinin Hindistanın Baş naziri Narendra Modi ilə də görüşü planlaşdırılır.

Sentyabrın 1-də isə Rusiya liderinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacağı bildirilir. Ərdoğanla görüşdə Qara dənizdəki vəziyyət, Ukrayna münaqişəsi və ikitərəfli iqtisadi əlaqələr, Pezeşkianla görüşdə isə Yaxın Şərqdəki gərginlik və Tehran ətrafındakı vəziyyət müzakirə olunacaq.

Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də iştirak edəcək.




Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →