• 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 
  • 22:25 – Ərdoğandan MESAJ: "Güclü və qüdrətli Türkiyənin şəfəqi artıq doğub" 
  • 22:22 – Erməni əsgər evində asılmış vəziyyətdə tapıldı 

Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək




Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi regional təhlükəsizlikdə yeni əməkdaşlıq platforması yaradacaq.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə "Eurasia Review"da yayımlanan analizdə qeyd olunub.

Bildirilib ki, üç ölkənin hərbi, strateji və iqtisadi imkanlarının bir araya gəlməsi regiondakı güc balansına təsir göstərə bilər. Sazişə əsasən, tərəflərdən birinə silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qəbul ediləcək.

Analizdə sazişin gələcəkdə daha geniş regional təhlükəsizlik mexanizminə çevrilə biləcəyi və Türkiyənin bu strukturun formalaşmasında mühüm rol oynaya biləcəyi vurğulanıb.

Həmçinin Türkiyənin hərbi və strateji imkanlarının sazişin əsas elementlərindən biri olduğu vurğulanıb. Ölkənin müxtəlif regionlarda inkişaf etdirdiyi diplomatik və təhlükəsizlik əlaqələrinin yeni əməkdaşlıq formatının regional təsirini artıra biləcəyi qeyd olunub.

Türkiyə müdafiə sənayesinin pilotsuz uçuş aparatları, raketlər, hərbi gəmilər, zirehli texnika və elektron müharibə sistemləri sahəsində əldə etdiyi imkanların da əməkdaşlıq üçün mühüm potensial yaratdığı bildirilib.

Saziş çərçivəsində pilotsuz uçuş aparatları, süni intellekt, elektron müharibə, hərbi istehsal və texnologiya transferi sahələrində birgə layihələrin həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

"Türkiyənin Qara dəniz və Aralıq dənizindən Yaxın Şərq, Qırmızı dəniz və Hind okeanına qədər geniş coğrafiyada qurduğu əlaqələr Ankaranın regional təhlükəsizlik siyasətindəki çəkisini artırdı", - analizdə qeyd olunub.



Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →