• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

Gürcüstan Prezidenti: Yaşıl enerji ilə bağlı strateji tərəfdaşlığa dair sazişin imzalanması vacib addımdır

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması çox vacib addımdır. Bu, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili özünün tviter hesabında yazıb.

“Yaşıl enerjinin inkişafı və ötürülməsinə dair strateji sazişin imzalanmasını alqışlayıram. Bu, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır. Bu, o deməkdir ki, indi Qara dəniz Avropa dənizinə çevrilir və o, hər iki tərəfi bir-biri ilə birləşdirən körpüdür”,- deyə S. Zurabişvili qeyd edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →