• 20:59 – ABŞ aviasiya bombası Almaniyada iki telekanalın fəaliyyətini pozdu 
  • 20:52 – Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır 
  • 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:39 – “Neftçi”yə yeni baş məşqçi təyin olundu 

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviç yeni transferə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, İngiltərənin “Everton” klubunda çıxış edən futbolçu “Reyncers”in (Şotlandiya) maraq dairəsinə düşüb.

A.Beqoviç Liverpul təmsilçisində ehtiyat oyunçular skamyasında oturmaqla kifayətləndiyi üçün bu transferin tərəfdarıdır. Çünki Qlazqo təmsilçisi ona əsas heyətdə oynamaq təminatı verib.

Qeyd edək ki, qapıçı 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”ın heyətində keçirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →