• 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:37 – Azərbaycan bu ölkədən "Aİ-92" markalı benzin tədarük etməyə başladı - Son 16 ildə ilk dəfə 
  • 18:31 – 1696-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:28 – Bizə raket verin ki, özümüzü müdafiə edə bilək - Zelenski 

İngiltərə Premyer Liqası: “Liverpul” növbəti məğlubiyyətini alıb

Yanvarın 2-də futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turunun bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Liverpul” klubu səfərdə “Brentford”la qarşılaşıb.

Oyunun favoriti “Liverpul” olsa da, Yürgen Kloppun yetirmələri ümidləri doğrultmayıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar. “Brentford”un qollarına Konate (öz qapısına), Vissa və Mbeumo imza atıblar. “Liverpul”un yeganə qolunu isə Aleks Oksleyd Çemberleyn vurub.

Beləliklə, bu mövsüm 17 oyunda 5-ci məğlubiyyətini alan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisaydlıların hesabında 28 xal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →