• 21:26 – Bakıda Avropa mətbəxinin ləzzət səyahəti – III “Avropa Təamları” Kulinariya Festivalı keçirilib 
  • 19:00 – Rusiya bizə deyir ki, bunu etsəniz, qazı kəsəcəyik - Vuçiç 
  • 18:58 – ABŞ ordusu Fələstin anklavında yer almayacaq? 
  • 18:52 – Sumqayıtda Yeni Avtobus Xətləri: 

Qapıçı Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb

Xorvatiya millisinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlməsində qapıçı Dominik Livakoviç böyük paya sahib olub. Belə ki, pley-off oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Seriyada 3:1 hesabı ilə üstün olan Xorvatiya seçməsi mərhələ adlayıb.

AZƏRTAC xəbər verir ki, penalti seriyasında 3 seyvlə yadda qalan D.Livakoviç dünya çempionatlarının tarixinə düşüb. Belə ki, o, portuqaliyalı Rikardo və həmyerlisi Daniel Subaşiçin rekordunu təkrarlayıb. Rikardo 2006-cı ildə təşkil olunan dünya çempionatında İngiltərə seçməsi ilə oyunda 3 seyv edib. D.Subaşiç isə 2018-ci il mundialında bu uğura nail olub.

Xorvatiya millisi dörddəbir finalda Braziliya ilə qarşılaşacaq.

Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →