• 20:07 – Dövlət müəssisələri ilə bağlı vacib qərar 
  • 19:55 – Çin bu ölkə ilə 14 il sonra ilk dəfə hərbi təlim keçirir 
  • 19:25 – Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə 
  • 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 

Dövlət müəssisələri ilə bağlı vacib qərar



Dövlət müəssisələri ilə bağlı vacib qərar


Dövlət müəssisələri ilə bağlı vacib qərar

"Dövlət büdcəsindən dövlət investisiya proqramları çərçivəsində dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərə görə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına yol verilən investisiya layihələrinə dair meyarlar" təsdiq olunub.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu meyarlar dövlət investisiya proqramları çərçivəsində dövlət büdcəsindən dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə vergitutma məqsədləri üçün investisiya layihələri üzrə meyarları müəyyən edir.

Bu Meyarlar paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlərə, məhdud məsuliyyətli cəmiyyətlərə, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslərə və publik hüquqi şəxslərə şamil olunur.

İqtisadiyyat Nazirliyi tərəfindən ildə bir dəfədən az olmayaraq investisiya layihələrinin bu Meyarların tələblərinə uyğunluğuna dair monitorinq keçirilir. Monitorinq nəticəsində layihənin həmin tələblərə cavab vermədiyi aşkar edildiyi təqdirdə, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş uyğunluq barədə rəyin ləğv olunması haqqında qərar qəbul edilir və bu barədə on iş günü ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə məlumat verilir.




Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →