• 20:20 – Kupman Azərbaycana gələcək 
  • 20:11 – Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı 
  • 20:06 – Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir? 
  • 20:01 – Qalmaqallı layihənin ikinci oxunuşu: 14 deputat qovuldu 

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsinə start verilib.



  

BAKI-XEBERTV.AZ


Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsinə start verilib.


GİN-nin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya kişi komandaları çıxıblar. İlkin mərhələnin lideri “AZERRAIL” klubu MOİK-lə üz-üzə gəlib. Oyun “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Ardınca qadınların yarımfinalında “AZERRAIL” və “Gəncə” komandaları qarşılaşıblar. Maraqlı mübarizədə keçən bu matçda ilkin mərhələnin lideri “AZERRAIL”in 3:0 hesablı qələbəsi qeydə alınıb.


Beləliklə, “AZERRAIL”in həm qadın, həm də kişi komandası yarımfinalda ilk qələbəsini qazanıb. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.


Qeyd edək ki, digər yarımfinalçılar ilk oyunlarına sabah çıxacaqlar.


 

Yarımfinal (birinci oyun)


15 aprel


Kişilər


“AZERRAIL” MOİK 3:0 (25:15, 25:17, 25:12)


Qadınlar


“AZERRAIL” - “GƏNCƏ” 3:0 (25:19, 25:20, 25:20)


Billurə Hüseynova 

 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →