• 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 
  • 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:50 – Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik” 

Seçmə mərhələnin püşkatması keçirilib




Seçmə mərhələnin püşkatması keçirilib

2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

XEBERTV.AZ  İdman.biz-ə istinadən  xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında yığmamız 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya komandaları ilə mübarizə aparacaq.

Qrupun oyunları 2024-cü ilin aprelində start götürəcək. Yığmamızın qarşılaşmaları aprelin 3-9-da Latviyada təşkil olunacaq. İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaqlar.

Final mərhələsi 2025-ci ildə İsveçdə təşkil olunacaq.

17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Millimiz B Liqasında Bolqarıstan, Sloveniya və Moldova yığmaları ilə birlikdə 2-ci qrupda yer alıb. Qrup oyunları gələn il martın 14-20-da Bolqarıstan evsahibliyi edəcək.

İdman.biz

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →