• 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:37 – Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko 
  • 22:32 – Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir 
  • 18:42 – Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq 

2025-ci ildən klublararası dünya çempionatının formatı dəyişəcək

2025-ci ildən futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu FIFA-nın prezidenti Canni İnfantino deyib.

FIFA rəsmisi bildirib ki, çempionat yeni formatda keçiriləcək və 32 komanda iştirak edəcək. Biz bu çempionatı milli komandaların iştirakı ilə keçirilən dünya kuboku yarışına bənzətmək istəyirik. Müxtəlif futbol konfederasiyalarından 4 komandanın mübarizə aparacağı Dünya Seriyası adlı dostluq turniri yaratmışıq. Qadın futbolçular arasında da klublararası dünya çempionatını keçirməyi planlaşdırırıq.

Qeyd edək ki, hazırda klublararası dünya çempionatı 6 komandanın iştirakı ilə təşkil olunur. Bunlar 5 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisidir. Çempionatın son qalibi İngiltərənin “Çelsi” klubudur. Ən titullu komanda isə 4 dəfə çempion olan “Real Madrid”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →