• 22:50 – 2027-ci ildə maaşlar nə qədər artacaq? 
  • 20:24 – Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd etdi 
  • 20:20 – Eşidənlər küçələrə düşüb axtarmağa başladı: Qramı 6 mindir 
  • 20:17 – Rayonlara dolu düşəcək, sulu qar yağacaq 

Azərbaycanın qadın millisi qalib gəlib liderliyini gücləndirdi



 

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 4-cü turun oyununa çıxıb.

XEBERTV.AZ  xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 3-cü qrupunda Monteneqro ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Manə Mollayeva (58-ci dəq), Nazlıcan Parlak (62) və Ayşən Əhmədova (84) vurublar.

Bu komandaların Monteneqroda keçirilən ilk görüşündə də yığmamız qalib gəlmişdi (1:0).

Qeyd edək ki, Azərbaycan millisi bu qələbə sayəsində xalını 10-a (4 oyun) yüksəldib və liderliyini gücləndirib. Monteneqro isə 4 oyundan 6 xalla 2-cidir. Kipr 3 oyundan 3 xalla 3-cü, Farer adaları (0 xal) 4-cü yerdədir.


QOL.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →