• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

Kanada millisi U-20 dünya çempionatının qalibi olub

Kanadanın 20 yaşadək hokkeyçilərdən ibarət milli komandası dünya çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, Kanadanın Qalifaks şəhərində keçirilən dünya çempionatının finalında meydan sahibləri Çexiya yığması ilə qarşılaşıblar. Matç kanadalı hokkeyçilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Kanada millisinin heyətində Şeyn Rayt, Dilan Günter (dubl), rəqib komandadan isə İrji Kulix və Yakub Koş fərqləniblər.

Qeyd edək ki, turnirin bürünc mükafatına ABŞ seçməsi sahib olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →