• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?


“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.

XEBERTV.AZ  report-a istinadən xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: "Yığmaya namizədlər arasında "Qarabağ"da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov "Neftçi" ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi".

Qeyd edək ki, yay fasiləsində Almaniyanın "Bayer 04" klubundan ayrılan Andrey Lunyov "Qarabağ"a azad agent kimi keçib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →