• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

“Neftçi” bu gün "Fənərbağça" ilə üz-üzə gələcək








“Neftçi” bu gün "Fənərbağça" ilə üz-üzə gələcək

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirəcək.

XEBERTV.AZ   xəbər verir ki, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gələcək.

"Smena" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartakı" ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →