• 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 20:37 – ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı 
  • 20:35 – Fransa 1.5 milyard avroluq hərbi peyklər hazırlayır 
  • 20:32 – Əxlaqın Ağırlığı 

DİN: 25 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının fevralın 11-də və 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15,2 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, 50 qram tiryək, həmçinin 60 qrama yaxın metamfetamin və 415 ədəd metadon həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →