• 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:04 – "Sabah" darmadağınla ÇL-nin pley-offunda! 
  • 15:51 – Putin Rusiyada repressiyaları gücləndirir - KİV 
  • 15:48 – Oyunçulara öz pəhrizlərini seçməyi qadağan etdi 

Sabunçuda əməliyyat: 8 kiloqram narkotik vasitə və “Kalaşnikov” markalı avtomat götürülüb

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəticədə qanunsuz dövriyyədən 8 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” markalı avtomat silah çıxarılıb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkarlanıb. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyənləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib.

Rayon polis idarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 patron və həmin silaha aid patron darağı aşkarlanıb.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →