• 19:32 – Almaniya İrandan tələb etdi: Bundan imtina edin! 
  • 19:25 – ABŞ əsgərləri təlimlər zamanı itkin düşdülər 
  • 19:20 – İran ABŞ-ı HƏDƏLƏDİ - “Hazır olsunlar, qəbiristanlığa çevriləcək” 
  • 19:17 – Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır 

Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişdi



Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişdi


Şirvan Aşıq Məktəbinin tanınmış simalarından olan Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişib.

XEBERTV.AZ xəbər verir ki,bu barədə Kult.az-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, Aşıq Abbasın nəşi sabah doğma kəndində - Şıxzərli qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Atası Musaxan dövrünün məşhur balaban ifaçılarından olub.

Aşıq Abbas Moskva, Sankt-Peterburq və Orta Asiyada keçirilən festivallarda iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüb. 1989-cu ildə Qazaxıstanda, eləcə də Dağıstan xalqlarının Gəncədə keçirilən gənc ozanlarının müsabiqəsinin qaliblərindən olub. Şeirləri qəzet, jurnal və toplularda işıq üzü görüb.

2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →