• 22:54 – Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır 
  • 22:47 – Ən yüksək nəticəni bu məktəbin məzunu göstərdi 
  • 22:43 – Əgər bu ölkə Ukraynaya silah ötürsə… - Putin 
  • 21:05 – Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi 

Abşeronda şəhid ailələrinin qayğıları daim diqqət mərkəzindədir

 Abşeronda şəhid ailələrinin qayğıları daim diqqət mərkəzindədir
 Abşeronda şəhid ailələrinin qayğıları daim diqqət mərkəzindədir

 Abşeronda şəhid ailələrinin qayğıları daim diqqət mərkəzindədir
 Abşeronda şəhid ailələrinin qayğıları daim diqqət mərkəzindədir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı və rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılan və Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş Şamil Rəfi oğlu Nəcəfovun 25-ci doğum günü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti ilə birgə Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanındakı şəhidin məzarını ziyarət edib. Həmçinin xiyabanda dəfn olunan digər Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Şəhidimizin döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılıb. Bildirilib ki, Şamil Nəcəfov 1997-ci il yanvarın 4-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. O, vətənpərvər və milli təəssübkeş ruhda tərbiyə olunub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı silaha sarılaraq irəli atılıb. Kəlbəcər istiqamətində gedən döyüşlərdə igidimizin verdiyi dəqiq koordinatlarla düşmən mövqelərini və canlı qüvvələrini darmadağın edib. Şamil Nəcəfov oktyabrın 1-də Murov istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və o, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallarına layiq görülüb.

Daha sonra şəhidin əvvəllər yaşadığı evə gedən Abdin Fərzəliyev onun ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini bildirib. Vurğulanıb ki, Abşeron rayonunda bu kateqoriyadan olan insanlara bundan sonra da daim diqqət və qayğı göstəriləcək.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev daha sonra şəhid əsgər Kərimov İsmayıl Abbas oğlunun əvvəllər yaşadığı və rayonun Masazır kəndində yerləşən evinə gələrək onun oğlu Əli Kərimovun doğum günündə şəhidin ailə üzvləri ilə görüşüb, ailənin qayğıları və problemləri ilə maraqlanıb. A.Fərzəliyev ailəyə bundan sonra da daim diqqət və qayğının göstəriləcəyini deyib.

Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, şəhid Kərimov İsmayıl Abbas oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →