• 21:55 – Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq 
  • 21:45 – Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib 
  • 21:38 – Serbiyada dəmiryol vağzalında dəhşətli faciə: ölənlər var 
  • 20:06 – Xankəndi Muzeyi üçün 444 min verilən Laura kimdir? 

Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri qətlə yetirilib

Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri qətlə yetirilib.

AZƏRTAC TƏBİB-ə istinadla xəbər verir ki, xəstəxananın Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov dünən axşam saatlarında bıçaqlanıb.

Hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →