• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

31 Mart Soyqırımı Günü


 

BAKI-XEBERTV.AZ

31 Mart Soyqırımı Günü
Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zamanla Azerbaycanlılara qarşı törətdikləri fitnə - fəsadların şahidi oluruq.Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar olmuşlar.
1918 - ci ilin mart - aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak - bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində,habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən,etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı,Şamaxı,Quba,İrəvan,Zəngəzur,Qarabağ,Naxçıvan və Qars bölgələrini də əhatə etdi.1918 - ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000 - dən artıq insan öldürüldü.Ermənilər həmçinin,Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər.Quba rayonu ərazisində 2007 - ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri - insani əməllərin əyani sübutunu təşkil edir.Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918 - ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış,Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür.Müxtəlif millətlərin,o cümlədən ruslar, yəhudilər,polyaklar,gürcülər və hətta ermənilər olmaqla,həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı,baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi- hüquqi qiymət verilməsinin qarşısı alındı.Yalnız 80 il sonra - 1998 - ci il martın 26 - da ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı elan edildi. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsində və hal - hazırda azərbaycanlıların qırğın və etnik işçilərə məruz qalması ilə bağlı məlumatlar.1980-ci illərin sonlarından  Ermənistan Azərbaycana qarşı müharibəyə qarşı mübarizə və idarəolunan ərazilərə zərərli ilin, Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində milyonlarla insanlığa qarşı cinayət,1992 - ci fevralında Xocalı Soyqırımı da daxil olmaqla,soyqırım aktları törədib.Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi,tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini,onların insanlığa,bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır.Beləliklə, azərbaycanlı müsəlmanlarına qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!
Abasov Mövsümağa Ədalət oğlu    İctimai Xadim
   Baki şeheri 31.03.2024

Reytinq: 
  • Нравится
  • 2
Son xəbərlər
bütün xəbərlər →