• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

İllərin “QAN YADDAŞI”

 

BAKI-XEBERTV.AZ


İllərin “QAN YADDAŞI”


Azəbaycan Respublikasının qan yaddaşına qara hərflərlə yazılmış Xocalı soyqırımı.


“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.


Yaddaşlara həkk olunan bu faciənin üstündən zaman keçsə belə hər il “26 fevral “qətmər bağlamış yaralarımız yenidən sızıldayır.


Mən düşünürəm ki,müharibə dünya bəşəriyyətin ağrılı acılı xəstəliyidir. Soyqırım isə dünya bəşəriyyətinin heç keçməyən,sağalmayan yarasıdır. Belə işğalçılıq qan, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də  yaddaşlarda yaraları dərin və sağalmaz izlər buraxır. Elə Xocalı müsibəti buna bir nümunədir!


Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 Xocalı sakinin,tamamilə məhv olan 8 ailənin,düşmən gülləsindən yaralanan 487 nəfərin, əsir götürülən 1275 nəfər azərbaycanlının qanın yerdə qalmaması və bəşəriyyətin bu haqaızlığa səs verməsi üçün hər bir vətən oğlu  bu yolda əlindən gələni etməkdən çəkinməməlidir.


Bu soyqırımı dünyaya tanıtmaq,ölkəmizə qarşı törədilən bu haqsızlığın səsini bəşəriyyətə çatdırmaq hər bir azərbaycanlının vətən qarşısında bir borcu olub və olmaqda da davam edir.


1992-ci  il fevralın 25-dən 26-na keçən gecə....... indi dönüb geri baxdıqda bu faciədən illər keçib,lakin bu faciə xalqımıza bir YUMRUQ olmağı,öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmağı,qəhrəmalıq,igidlik və dəyanət nümayiş etdirməyi öyrətdi.


 

Mövsümağa Abasov




Reytinq: 
  • Нравится
  • 6
Son xəbərlər
bütün xəbərlər →