• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Şaxtalı hava Əfqanıstanda iki həftə ərzində 104 nəfərin həyatına son qoyub

Güclü qar və şaxta Əfqanıstanda iki həftə ərzində uşaqlar və qadınlar da daxil olmaqla, 104 nəfərin həyatına son qoyub.

AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib.

Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.

Yanvarın əvvəlindən Əfqanıstanın bəzi rayonlarında kəskin soyuq hava şəraiti müşahidə edilir. Nəticədə temperatur mənfi 30 dərəcəyədək düşüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →