Türkiyədə daş kömür mədənində partlayış olub, 25 nəfər ölüb
- 15.10.2022, 05:48,
- Manşet / Hadisə / Dünya
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 25 nəfər ölüb.
xxx
Saat 21:49
Türkiyənin Bartin vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.
Hadisə ilə bağlı açıqlama verən Bartin valisi Nurtaç Aslan partlayışın Amasra Taşkömürü Müəssisəsində baş verdiyini və səbəblərinin hələ bəlli olmadığını deyib.
Qeyd edilib ki, çox sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. Mədənin 300 mərtəbə dərinliyində 44, 350-də isə 5 nəfər qalıb. Səkkiz nəfər isə öz imkanları ilə çıxa bilib.
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
Türkiyənin Demirören (DHA) Agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.
Partlayışın səbəbi hələlik məlum deyil.
Reytinq: