• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Çində daş kömür karxanasının çökməsi nəticəsində 5 nəfər həlak olub

Çinin Daxili Monqolustan muxtar rayonunda daş kömür karxanasında fevralın 22-də baş vermiş torpaq uçqunu nəticəsində azı beş işçi həyatını itirib.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə zamanı, həmçinin altı nəfər yaralanıb, 48 nəfər isə itkin düşüb. Karxana çökərkən orada 57 işçi olub.

Hazırda hadisə yerində minə yaxın xilasedici və 150-dən çox texnika fəaliyyət göstərir. Uçqunun baş vermə səbəbləri araşdırılır, istintaq aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →