• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində 6 nəfər həlak olub

Qazaxıstanın Karaqanda vilayətində beşmərtəbəli yaşayış binasında baş verən yanğın 6 nəfərin həyatına son qoyub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC xəbər verir ki, “Kazinform” agentliyi bu barədə vilayətin Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb. Hadisə dekabrın 16-na keçən gecə Aktau qəsəbəsində baş verib. Yanğınsöndürənlər yanan binadan dördü uşaq olmaqla, 10 nəfəri xilas edib.

“Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb”, - deyə Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →