• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq

Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq



Malidə bu şəhər ələ keçirildi: Rusları buradan qovacağıq

Malidəki Azavadın Azadlığı Cəbhəsi silahlı qruplaşması gərgin döyüşlərdən sonra Kidal şəhərinə nəzarəti ələ keçirib.

XEBERTV.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, silahlılar Qao regionunda da bir neçə mövqeləri ələ keçirib.

“Bu səhər Kidalda döyüşlər yenidən başladı. Düşərgəyə sığınan sonuncu rus əsgərlərini buradan qovacağıq”, - tuareq döyüşçülərdən biri agentliyə açıqlamasında deyib.

Rusiya Teleqram kanalları isə yazır ki, Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusunun döyüşçüləri yaraqlılar tərəfindən ələ keçirilən Kidaldan maneəsiz çıxmaq üçün üsyançılarla danışıqlar aparmaq məcburiyyətində qalıblar.

Mali silahlı qüvvələrinin şəhərdəki qarnizonu da silahlılara təslim olub.

Qeyd edək ki, Malinin şimalında döyüşlər zamanı Rusiya hərbi helikopteri üsyançı qüvvələr tərəfindən vurulmuşdu.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →