• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Böyük Britaniya Norveçin şimalında hərbi dəniz bazası yaradıb

çin şimalında Böyük Britaniya Kral Dəniz Piyadaları komandolarının hərbi bazası yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatda bildirilir. Baza növbəti 10 ildə Britaniya qüvvələrinin Arktikada yerləşdirilməsi və təlimi üçün əsas mərkəz olacaq.

“Bazanın yerləşdiyi məkan regionda təhlükələri dəf etmək üçün idealdır və Böyük Britaniyaya NATO-nun şimal sərhədlərini, eləcə də Böyük Britaniyanın yaxın müttəfiqi Norveçi müdafiə etmək üçün lazım gələrsə, operativ reaksiya göstərməyə imkan verir”, - deyə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin yaydığı sənəddə deyilir.

Bu qış bazada yerləşdirilən Britaniya komandolarının sayı 1000 nəfərə çatıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →