• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

"Ukrayna təslim olan 14 əsgərini məhv edib" - Putin

"Ukrayna təslim olan 14 əsgərini məhv edib" - Putin





"Aprelin 6-da Ukrayna Silahlı Qüvvələri (USQ) təslim olan 14 əsgərini məhv edib".
Bunu Rusiya prezidenti Vladimir Putin özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) səlahiyyətlərini icra edən Denis Puşilinlə görüşündə deyib.
"Dünən xəbər verdilər: təmas bölgələrindən birində 14 nəfər təslim olub. 14! Amma artıq gec idi, bizimkilər də onlarla, bir neçə nəfərlə orada qaldılar. Düşmən həmin yerə 300 mərmi atdı. O, bizimkilərlə bərabər özlərinin bütün hərbi qulluqçularını məhv etdi", - deyə Putin qeyd edib.
Rusiya liderinin sözlərinə görə, Rusiya Ukraynada hətta öz ordusuna qarşı da qəddar olan bir rejimlə qarşılaşıb: "Ukrayna Silahlı Qüvvələri özünü ən yüksək dərəcədə həyasız və qəddar aparır. Buna görə də bizim vəzifəmiz onları elə bir məsafəyə aparmaqdır ki, bizə zərər verə bilməsinlər".
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →