• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər


 

Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər


Qazaxıstan “TikTok” platformasına girişin bağlanması imkanlarını araşdırır.

Bu barədə ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva jurnalistlərə bildirib.

“Demirəm ki, biz bunu artıq qadağan edirik. Sadəcə bu barədə düşünürük, çünki qonşu dövlətlər və digər ölkələr də belə tədbirlər görür, biz də öyrənirik”, - deyə o bəyan edib.

Nazirin sözlərinə görə, sosial şəbəkədə dələduzluq və yalan məlumatların yayılması halları artıb.

Qeyd edək ki, aprelin 19-da “TikTok” Qırğızıstanda bloklanıb.

Mənbə: İntarfaks


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →